Boris Conson: "Türkiyə Ukraynaya yeni “Bayraktar”lar verəcək"

Britaniyanın Baş naziri Boris Conson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı razılığa gəlib.
Bu barədə Boris Conson açıqlamasında bildirib.
O bildirib ki, Türkiyə Ukraynaya yeni "Bayraktar”lar verəcək: "Biz Ərdoğanla belə razılaşdıq ki, Britaniya Ukraynanı Rusiyanın uzaqmənzilli artilleriyasını məhv etmək üçün batareya əleyhinə sistemlərlə təmin edəcək. Britaniya artilleriyası rus gəmilərini uzaq məsafədən məhv edə biləcək. Türkiyə isə Ukraynaya "Bayraktar”ların daha bir partiyasını verəcək".
"Kiyevə həmçinin Britaniyanın uzaqmənzilli ağır artilleriyasının yükləmək və lazımi yerlərə aparmaq üçün güclü təkərli daşıyıcılar təqdim ediləcək”, – deyə Conson qeyd edib.


