ABŞ Senatının komitəsi Azərbaycan da daxil olmaqla bir neçə ölkədə minatəmizləməyə 265 milyon dollar ayrılmasını tövsiyə edib
Füzulidə minatəmizləmə işləri. Foto: Aykhan Zayedzadeh, CC BY 4.0, Wikimedia CommonsABŞ Senatının Təxsisatlar Komitəsi minaların, partlamamış hərbi sursatların və adi silahların zərərsizləşdirilməsi proqramlarına ən azı 265 milyon dollar ayrılmasını tövsiyə edib. Siyahıda Azərbaycanla yanaşı Anqola, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve və Sakit okeandakı ada dövlətləri var.
Tövsiyə Senatın saytında dərc olunan, Dövlət Departamentinin 2027-ci maliyyə ili üzrə maliyyələşdirilməsinə dair qanun layihəsinin izahat sənədində yer alıb. Sənəddə məbləğin ölkələr arasında necə bölünəcəyi və Azərbaycana nə qədər düşəcəyi göstərilmir.
İzahat sənədindəki rəqəmlər hələ qanun deyil. Layihə Senatda və Nümayəndələr Palatasında qəbul olunmalı, sonra prezident tərəfindən imzalanmalıdır. Bu mərhələlərdə məbləğ dəyişə bilər.
Azərbaycan hakimiyyəti 2020-ci il müharibəsindən sonra nəzarətə keçən Qarabağ və ətraf rayonlarda minaların bərpa və geri qayıdış işlərinin əsas maneəsi olduğunu deyir. Minatəmizləmə işlərini Azərbaycan Respublikasının Minadan Təmizləmə Agentliyi (ANAMA) aparır, mina partlayışlarında mülki şəxslərin ölümü və yaralanması barədə xəbərlər mütəmadi yayılır.


