Son dəqiqə:

Zelenski: Rusiya Fövqəladə Hallar Nazirliyinin tətbiqini Ukrayna hakerləri sındırıb, bu, Rusiyanın hücumuna cavabdır

Arxiv foto: Volodimir Zelenski, 2022. President of Ukraine, Public domain, Wikimedia Commons
03-11-2026 15:33

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hakerlərinin Rusiya Fövqəladə Hallar Nazirliyinin təhlükələr barədə xəbərdarlıq göndərən mobil tətbiqinə kiberhücum etdiyini təsdiqləyib. O, bunu Amerikanın PBS News kanalına müsahibəsində deyib.

Zelenskinin sözlərinə görə, bu, Ukraynadakı "Hava həyəcanı" tətbiqinin sındırılmasına cavab olub: "Biz sadəcə hücuma cavab vermişik". O deyir ki, həmin hücum rusların Ukraynanın bank və pensiya sistemlərinə, sosial yardım və əhaliyə xidmət göstərən digər qurumlara etdiyi yüzlərlə, minlərlə belə hücumdan biridir.

Ukrayna tətbiqi noyabrın 1-də axşam sındırılıb. Sakinlərə radiasiya və kimyəvi təhlükə, küçə döyüşləri barədə saxta bildirişlər, habelə rus dilində bu mesaj gəlib: "Salam! Bütün Ukraynada indi nüvə həyəcanı olacaq! Narahat olmayın, "Oreşnik" uçur!". "Oreşnik" Rusiyanın orta mənzilli ballistik raketinin adıdır.

Noyabrın 2-nə keçən gecə isə kiberhücuma Rusiya Fövqəladə Hallar Nazirliyinin tətbiqi məruz qalıb. İstifadəçilərə "bütün bölgələrə" nüvə başlıqları buraxıldığı barədə bildiriş göndərilib.

Digər xəbərlər