Son dəqiqə:

İspaniyada "Tenerife"nin 30 yaşlı hücumçusu matçda qapıçı ilə toqquşandan sonra ölüb

İllüstrativ foto: “Tenerife”nin stadionu. JUAN BLAS tenerife, CC BY-SA 4.0, Wikimedia Commons
03-11-2026 16:13

İspaniya ikinci divizionu klubu "Tenerife"nin hücumçusu Xesus de Migel 30 yaşında vəfat edib. Klub noyabrın 3-də yaydığı açıqlamada bunu təsdiqləyib.

Futbolçu bazar ertəsi "Andorra" ilə matçda rəqib qapıçısı Xesus Ovono ilə sərt toqquşub, baş və sinə nahiyəsindən zədə alıb. Ovono bu epizoda görə meydandan qovulub.

Əvvəlcə De Migelin vəziyyəti "stabil, amma ağır" kimi qiymətləndirilib. Çərşənbə axşamı səhər səhhəti kəskin pisləşib və o, İspaniya vaxtı ilə saat 07:00-da dünyasını dəyişib.

"Parçalanmış ürəklə, baş verənlərə inana bilmədən Xesus de Migel Alamedanın faciəvi ölümünü bildiririk", - klubun açıqlamasında deyilir. Ailə dəstək verənlərə təşəkkür edib və bu günlərdə şəxsi həyatına hörmət göstərilməsini xahiş edib.

Digər xəbərlər