Son dəqiqə:

Sumqayıt Dövlət Universitetində hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır

Arxiv foto: Tərxan Paşazadə, CC BY-SA 4.0, Wikimedia Commons
04-11-2026 20:45

Sumqayıt Dövlət Universiteti növbəti illərdə hüquqşünaslıq və tibb ixtisaslarının açılması üçün Elm və Təhsil Nazirliyinə müraciət etməyi planlaşdırır. Bunu universitetin rektoru Nurəli Yusifbəyli "AzEdu.az" saytına müsahibəsində deyib.

Rektorun sözlərinə görə, ilk növbədə hüquqşünaslıq nəzərdə tutulur, çünki bu sahədə kadr hazırlığına başlamaq üçün "ciddi problem yoxdur". O, Naxçıvan Dövlət Universitetində bu ixtisaslar üzrə aparılan kadr hazırlığını nümunə göstərib, Abşeron-Xızı ilə yanaşı, təxminən 1,2 milyon əhalisi olan Quba-Xaçmaz iqtisadi rayonuna da xidmət etməyin vacibliyini vurğulayıb. Universitet kənd təsərrüfatı ixtisasları barədə də düşünür.

Yusifbəyli bildirib ki, bu il data analitikası və proqram mühəndisliyi ixtisasları üçün sənədlər nazirliyə təqdim olunub. Rektor hər iki ixtisas üzrə kadr hazırlığının növbəti tədris ilindən başlayacağını gözlədiyini deyib.

Digər xəbərlər