Son dəqiqə:

Bakı Humanitar Kollecində tələbənin tələbə yoldaşını bıçaqladığı deyilir, kollec rəhbərliyi xəsarət alanın vəziyyətinin qənaətbəxş olduğunu bildirir

İllüstrativ foto: Araz Yaquboglu, CC BY-SA 4.0, Wikimedia Commons
04-11-2026 19:57

Bakı Humanitar Kollecinin "Gənclik" tədris korpusunda iki tələbə arasında mübahisənin bıçaqlanma ilə nəticələndiyi deyilir. "Haqqın" saytı yazır ki, tələbələrdən biri ağır xəsarət alıb, hüquq-mühafizə orqanları 17 yaşlı yeniyetmənin kimliyini müəyyən edərək onu saxlayıb.

Kollec rəhbərliyi bildirir ki, hadisə noyabrın 2-də dərsdənkənar vaxtda baş verib. Rəhbərliyin sözlərinə görə, xəsarət alan tələbəyə təcili tibbi yardım göstərilib, hazırda həkimlər onun vəziyyətini qənaətbəxş hesab edir.

Hüquq-mühafizə orqanlarının istintaq hərəkətləri apardığı, münaqişənin səbəblərinin araşdırıldığı bildirilir.

Digər xəbərlər