Əliyev Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edib, agentlik və saxlama mərkəzi üçün 275 ştat müəyyən olunub
İllüstrativ foto: Bakıda Hökumət Evi. Marco Monelli, CC BY-SA 3.0, Wikimedia CommonsPrezident İlham Əliyevin sərəncamı ilə Səbuhi Sadıqov Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib. Sadıqov 2021-ci ildə də prezidentin sərəncamı ilə həmin agentliyin İdarə Heyətinin sədri təyin olunmuşdu.
Əliyev eyni gündə agentliyin əsasnaməsini və strukturunu da təsdiqləyib. Fərmana görə, aparatda 66, regional bölmələrdə 9 ştat vahidi olacaq. Agentliyin tabeliyində büdcə təşkilatı kimi yaradılan "Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi"ndə isə işçilərin say həddi 200 nəfərdir.
Qurum mülki müdafiə tədbirləri çərçivəsində strateji ehtiyatların yaradılması və idarə olunması, ölkənin strateji əhəmiyyətli mallarla davamlı təchizatı ilə məşğul olacaq.
Nazirlər Kabineti iki ay ərzində mərkəz işçilərinin əməkhaqlarını və agentliyin tabeliyindəki qurumların siyahısını müəyyənləşdirməlidir.


