Deputat: Azərbaycanda istixana pomidoru istehsalı iki ildə 269 min tondan 157 min tona düşüb
İllüstrativ foto: Petro Stelte, CC BY-SA 4.0, Wikimedia CommonsDeputat Zahid Oruc noyabrın 3-də Milli Məclisin plenar iclasında bildirib ki, Azərbaycanda istixana pomidoru istehsalı iki ildə 268,9 min tondan 156,8 min tona düşüb. Onun verdiyi rəqəmlərə görə, istixana təsərrüfatlarının sayı 2023-cü ildə 3228, 2024-cü ildə 3027, 2025-ci ildə isə 2995 olub.
Oruc bunu əcnəbi aqronom, bağban və baytar həkimlərin ölkəyə gətirilməsini asanlaşdıran Miqrasiya Məcəlləsi dəyişikliklərinin müzakirəsində deyib. Onun fikrincə, xaricdən mütəxəssis çağırmaq zərurəti ölkədəki aqrar təhsilin və kadr təminatının vəziyyəti barədə sual doğurur.
Deputat azalmanı təkcə aqronom çatışmazlığı ilə izah etməyin düzgün olmadığını deyib. Onun sözlərinə görə, yerli istehsalçılara təbii qazın qiyməti, maya dəyəri və xarici bazarlardakı aşağı qiymətlər təsir edir, ona görə də ziyanla işləyən istixanaların problemini əcnəbi mütəxəssis tək başına həll etməyəcək.
Oruc Rusiya bazarına da toxunub. Onun verdiyi məlumata görə, 2024-cü ildə Rusiya 1,7 milyon tondan çox tərəvəz, o cümlədən 479 min ton pomidor idxal edib, Azərbaycan bu bazara 141,9 min ton məhsul göndərib. 2025-ci ildə Azərbaycanın Rusiyaya pomidor ixracı 166,1 min ton, xurma ixracı isə təxminən 141 min ton olub.


