"Bakı Metropoliteni"nin 809,7 milyon manatlıq yeni səhmləri qeydiyyata alınıb, şirkətə avtobus və taksi xidməti də birləşdirilir
Arxiv foto: Bakı metrosu. Official website of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons"Bakı Metropoliteni" QSC-nin ümumi nominal dəyəri 809 milyon 687 min manatdan çox olan yeni səhmləri dövlət qeydiyyatına alınıb. Söhbət hər birinin nominal dəyəri 14,14 manat olan 57 milyon 262 min 208 adi səhmdən gedir.
Qiymətli kağızların qeydiyyatı barədə məlumata görə, səhmlər qapalı üsulla yerləşdirilib və 8 oktyabr 2026-cı ildə qeydiyyata alınıb.
Prezident İlham Əliyev bu il mayın 7-də "Bakı Metropoliteni"nin yenidən təşkili barədə fərman imzalayıb. Sənəddə "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin səhmdar cəmiyyətinə qoşulması nəzərdə tutulur.
Oktyabrın 2-də imzalanan digər fərmanla şirkətin səlahiyyətləri daha da genişləndirilib: indi sərnişinlərin kanat yolları ilə daşınmasını təşkil etmək, bu sahədə infrastruktur layihələndirmək və tikmək də onun işidir.

