Son dəqiqə:

Apple, Netflix, OpenAI və TikTok Azərbaycanda ƏDV üçün vergi uçotuna alınıb, belə xarici şirkətlərin sayı 24-ə çatıb

İllüstrativ foto. Solen Feyissa, CC BY-SA 2.0, Wikimedia Commons
03-11-2026 15:28

Dövlət Vergi Xidməti (DVX) bildirir ki, elektron qeydiyyat portalı vasitəsilə indiyədək 24 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün uçota alınıb.

DVX-nin siyahısında ilk qeydiyyat "Apple Distribution International"a aiddir: 1 dekabr 2024. Ardınca uçota alınanlar arasında "Adobe", "Sony Interactive Entertainment", "Elsevier" və "Tinder" var. 24 şirkətdən 12-si 2026-cı ilin sentyabrından bəri uçota alınıb. Onların arasında "Netflix", "OpenAI", "Anthropic", "Valve", "eBay", "Zoom", "Spotify" və "TikTok" var. Siyahıdakı son şirkət 1 noyabrda qeydiyyatdan keçən İsrailin "Appcharge" şirkətidir.

Xidmətin məlumatına görə, 2025-ci ildə qeyri-rezidentlər tərəfindən 15,5 milyon manat ƏDV hesablanıb. Həmin il sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral qaydada daha 250,5 min manat vergi hesablanıb.

DVX deyir ki, xarici rəqəmsal şirkətlərin qeydiyyata cəlb edilməsi davam etdiriləcək.

Digər xəbərlər