Azərbaycanın 9 ayda aldığı buğdanın təxminən 88 faizi Rusiyadan gəlib

İllüstrativ foto: Michael Gäbler, CC BY-SA 3.0, Wikimedia Commons
19-11-2026 21:02

Azərbaycan 2026-cı ilin ilk doqquz ayında 1,04 milyon ton buğda idxal edib, bunun 915 min tonu Rusiyanın payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Rusiyadan alınan buğdaya 195 milyon dollar ödənilib.

Ümumi buğda idxalı 224 milyon dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcmcə 19, dəyərcə 18,8 faiz çoxdur.

İkinci yerdə Qazaxıstan qalıb: oradan 29,15 milyon dollarlıq 129,86 min ton buğda gətirilib. Qazaxıstan buğdasının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 77, dəyəri 76 faiz azalıb.

Ötən il Azərbaycan təxminən 1,27 milyon ton buğda idxal etmişdi. Onun 605 min tona yaxını, yəni təxminən 48 faizi Rusiyadan gəlmişdi. Bu il yalnız doqquz ayda Rusiyadan alınan buğda bütün ötən ilin həcmini xeyli keçib.

“Haqqın” saytı bu dəyişikliyi Ukraynadakı müharibə ilə əlaqələndirir: yazıya görə, Rusiya və Ukraynanın bir-birinin taxıl terminallarına və dəniz logistikasına zərbələri Qara dəniz yolu ilə ixracı çətinləşdirib, Rusiya isə taxılı dəmir yolu ilə cənuba, o cümlədən Azərbaycana yönəldib.

Digər xəbərlər