Azərbaycan neftinin qiyməti 98 dolları keçib
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin bir bareli 0,79 dollar, yəni 0,81 faiz bahalaşaraq 98,41 dollara çatıb. Əvvəlki qiymət 97,62 dollar olub.
Eyni vaxtda Brent markalı neftin bir bareli 92,48 dollara qədər bahalaşıb.
Azərbaycanın bu ilki dövlət büdcəsi bir barel “Azeri Light”ın orta qiymətinin 65 dollar olacağı hesablaması ilə tərtib edilib. Neft gəlirləri büdcənin və Dövlət Neft Fondunun əsas mənbəyidir.