Ermənistan Təhlükəsizlik Şurasının katibi: Konstitusiya dəyişsə, Azərbaycanla sülh müqaviləsi bir neçə günə imzalanar

Arxiv foto: Ermənistan Prezidentinin mətbuat xidməti, CC BY-SA 3.0, Wikimedia Commons
19-11-2026 22:58

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ölkə Konstitusiyasına dəyişiklik ediləcəyi təqdirdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasının bir neçə gün çəkəcəyini deyib.

“Mən Azərbaycanla danışıqlarda iştirak edirəm və şəxsi qənaətimə görə, Konstitusiya dəyişərsə, sülh müqaviləsinin imzalanması bir neçə günün məsələsidir”, - Simonyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

Azərbaycan sülh sazişinin imzalanmasını Ermənistan Konstitusiyasının preambulasında Dağlıq Qarabağla bağlı müddəaya istinadın çıxarılması şərtinə bağlayır. Baş nazir Nikol Paşinyan yeni Konstitusiya layihəsinin gələn həftə dərc olunacağını açıqlayıb; yeni Əsas Qanun referendumla qəbul edilməlidir.

Simonyan bundan əvvəl dekabrda Azərbaycana səfər edəcəyini də bildirmişdi. Onun sözlərinə görə, bu, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfərinə cavab səfəri olacaq.

Rəsmi Bakı Simonyanın son açıqlamasına hələlik münasibət bildirməyib.

Digər xəbərlər