Naxçıvanda 20 gündür benzin və dizel qıtlığı yaşanır

İllüstrativ foto: Kheo17, CC BY-SA 4.0, Wikimedia Commons
19-11-2026 22:03

Naxçıvan Muxtar Respublikasında təxminən 20 gündür benzin və dizel yanacağı çatışmır. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, Aİ-92 markalı benzin satışda yoxdur, dizel isə məhdud miqdarda verilir.

Bu barədə Azadlıq Radiosu muxtar respublikadan hazırladığı reportajda yazır. Sakinlərin sözlərinə görə, yanacağı əsasən tanışı olanlar ala bilir: “Kimin adamı var, doldurur”, - deyə onlar şikayət edirlər.

Qıtlıq ən çox kənd təsərrüfatına təsir edir. Yerli fermerlər dizelin çatışmaması səbəbindən əkin işlərinin yarımçıq qalacağından narahat olduqlarını deyirlər.

Dövlət Neft Şirkəti (SOCAR) isə Naxçıvanda yanacaq təchizatında problem olmadığını bildirir. Qıtlığın səbəbi barədə rəsmi izahat verilməyib.

Digər xəbərlər