Tacikistan Azərbaycandan gətirilən benzin və dizelə gömrük rüsumunu ilin sonunadək sıfırlayıb
Tacikistan hökuməti MDB-nin azad ticarət zonasına daxil olmayan ölkələrdən idxal edilən benzin, dizel yanacağı, maye qaz və digər neft məhsullarına tətbiq olunan gömrük rüsumunu 2026-cı ilin sonunadək sıfıra endirib. Qərar Azərbaycan, İran və Türkmənistandan yanacaq alınmasını güzəştli şərtlərlə mümkün edir.
Sıfır dərəcə dekabrın 31-dək qüvvədə olacaq və neft məhsullarını, o cümlədən maye qazı əhatə edir. Xam neft güzəştdən kənarda qalıb.
Tacikistanın “Asia-Plus” nəşri yazır ki, yeni güzəşt alternativ tədarükçülərdən yanacaq alışını asanlaşdırmaq və ölkənin Rusiya idxalından asılılığını azaltmaq məqsədi daşıyır.