Hökumət aeroportlarda VİP salonlardan istifadə edən məmurların siyahısına Naxçıvanın 14 rəsmisini əlavə edib
İllüstrativ foto: Bakı hava limanı. Xoqoni Said, CC0, Wikimedia CommonsNazirlər Kabineti hava limanlarında VİP və rəsmi nümayəndə heyətləri salonlarından istifadə hüququ olan vəzifəli şəxslərin siyahısını dəyişib. Qərar 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli qərarda dəyişiklik kimi qəbul edilib.
Daxili hava daşımaları üzrə siyahıya prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin köməkçisi, Naxçıvan Baş Gömrük İdarəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Miqrasiya və Səfərbərlik xidmətlərinin Naxçıvan üzrə idarələrinin rəisləri əlavə olunub.
Yeni siyahıda Naxçıvan hərbi prokuroru, Əlahiddə Ümumqoşun Ordu komandanı, Əlahiddə Sərhəd Diviziyasının komandiri, Ali Məhkəmə sədrinin müavini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı, Hesablama Palatasının Naxçıvan idarəsinin rəisi, Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri və Naxçıvan Dövlət Universitetinin rektoru da var.


