Azərbaycanlı kudoçu Vüsal Əliyev ikinci dəfə Avropa çempionu olub

İllüstrativ foto: Daidojuku Headquarters, Public domain, Wikimedia Commons
17-11-2026 22:39

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən kudo üzrə Avropa çempionatında Azərbaycanı təmsil edən Vüsal Əliyev 270 kateqoriyasında qızıl medal qazanıb.

İlk mərhələni birbaşa keçən Vüsal Əliyev sonrakı görüşlərdə İngiltərə və Litva təmsilçilərinə qalib gəlib. Finalda isə Bolqarıstan millisinin idmançısını məğlub edib.

Bu, onun ikinci Avropa çempionluğudur. Vüsal Əliyev ilk dəfə 2023-cü ilin oktyabrında Litvanın Kaunas şəhərindəki çempionatda qızıl medal qazanmışdı. Həmin ilin mayında isə Tokioda keçirilən dünya çempionatında dörd görüşün hamısında qalib gələrək dünya çempionu olmuşdu.

Kudo Yaponiyada yaranmış qarışıq əlbəyaxa döyüş növüdür: idmançılar qoruyucu dəbilqə ilə zərbə, atma və boğma fəndlərindən istifadə edirlər. Vüsal Əliyev bu idman növündə Azərbaycanın yeganə dünya çempionudur.

Digər xəbərlər