“Sabah” səfərdə “Sumqayıt”ı 5:1 hesabı ilə məğlub edərək Premyer Liqaya liderlik edir
Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sabah” səfərdə “Sumqayıt”ı 5:1 hesabı ilə məğlub edib. Oyun Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilib.
Hesabı 22-ci dəqiqədə Ksander Severina açıb, 30-cu dəqiqədə isə Sedrik Badolo hesabı bərabərləşdirib. İki dəqiqə sonra “Sumqayıt”ın oyunçusu Lukas Blek ikinci sarı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.
Say üstünlüyündən yararlanan “Sabah” 42-ci dəqiqədə İvan Lepiniçanın qolu ilə yenidən önə keçib. İkinci hissədə Timoteuş Puxaç (55-ci dəqiqə), Aleksey İsayev (67-ci dəqiqə) və Xəyal Əliyev (75-ci dəqiqə) fərqləniblər.
Bu qələbədən sonra “Sabah” 24 xalla turnir cədvəlinin başındadır. “Sumqayıt” isə 10 xalla doqquzuncu yerdədir.
Turun digər oyununda “Zirə” ilə “İmişli” 2:2 hesabı ilə heç-heçə edib.
