Azərbaycanın kənd məktəblərində şagirdlərin sayı bir ildə 18 800 nəfər azalıb
Azərbaycanın ümumtəhsil məktəblərində 2025/2026-cı tədris ilində şagirdlərin sayı əvvəlki illə müqayisədə 20 400 nəfər azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, azalmanın böyük hissəsi kənd məktəblərindədir.
Komitənin rəqəmlərinə görə, kənd məktəblərində şagirdlərin sayı bir ildə 596,7 mindən 577,9 minə, yəni 18 800 nəfər azalıb. Şəhər məktəblərində isə 1 milyon 98,4 min şagird var idisə, bu tədris ilində onların sayı 1 milyon 96,8 min olub; azalma 1 600 nəfərdir.
Beləliklə, ölkədə hər üç şagirddən biri kənd məktəbində oxuyur, amma itkinin təxminən 92 faizi kəndlərə düşür. Dövlət Statistika Komitəsinin bu günlərdə açıqladığı digər rəqəmlər də doğum sayının azaldığını göstərir: 2026-cı ilin doqquz ayında ölkədə əvvəlki ilin eyni dövründən təxminən 8 min az uşaq doğulub.
