Son dəqiqə:

İranın xarici işlər naziri: Ali Rəhbər Müctəba Xamenei ilə hələ şəxsən görüşməmişəm

Arxiv foto: Müctəba Xamenei, 2023. Foto: Mostafa Tehrani, CC BY 4.0, Wikimedia Commons
03-11-2026 09:32

İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına müsahibəsində ölkənin Ali Rəhbəri Müctəba Xamenei ilə indiyədək şəxsən görüşmədiyini deyib. Onun sözlərinə görə, prezident Məsud Pezeşkian, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və digər rəsmilər isə onun qəbulunda olublar.

Əraqçi bildirib ki, Müctəba Xameneinin harada olduğu təhlükəsizlik səbəbindən gizli saxlanılır, onun görüntülərinin və ictimai çıxışlarının yayılmaması isə məqsədli qərardır. Nazir bunu əvvəlki hərbi qarşıdurmalarda İranın yüksək rütbəli rəsmilərinin, o cümlədən keçmiş Ali Rəhbər Əli Xameneinin həlak olması ilə izah edib.

Nazirin sözlərinə görə, Müctəba Xamenei ölkənin idarə olunmasında iştirak edir, bütün mühüm məsələlər ona çatdırılır, qərarları isə dövlət qurumlarına ötürülür.

Müctəba Xamenei atasının ölümündən sonra 2026-cı ilin martında Ali Rəhbər seçilib və o vaxtdan ictimaiyyət qarşısına çıxmayıb. Onun fəaliyyəti barədə məlumat əsasən rəsmi açıqlamalar və dövlət mediası vasitəsilə yayılır.

Digər xəbərlər