Azərbaycanda daşınmaz əmlak şirkətlərinə kredit qoyuluşu 2022-ci ildəkindən altı dəfədən çox azdır
Arxiv foto, Azərbaycan Mərkəzi Bankının binası: Liilia Moroz, CC BY-SA 4.0, Wikimedia CommonsAzərbaycan Mərkəzi Bankının statistik bülleteninə görə, sentyabrın sonunda daşınmaz əmlak sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə kredit qoyuluşlarının həcmi 44,4 milyon manat olub. 2022-ci ildə bu göstərici 281,3 milyon manat idi.
Ən kəskin düşüş 2024-cü ildə baş verib: 2023-cü ildə 268 milyon manat olan kredit qoyuluşları 2024-cü ildə 86,7 milyon manata, 2025-ci ildə isə 28,3 milyon manata enib. Bu il göstərici yenidən qalxır, amma əvvəlki səviyyədən çox uzaqdır.
Sentyabrda sektora kredit qoyuluşları avqustun sonundakı 42,1 milyon manatla müqayisədə 2,3 milyon manat və ya 5,5 faiz artıb.
Portfelin 33,6 milyon manatı və ya təxminən 75,7 faizi uzunmüddətli kreditlərdir və onların 33,2 milyon manatı manatla verilib. Qısamüddətli kreditlərin həcmi 10,9 milyon manatdır: bunun 7,2 milyon manatı manatla, 3,7 milyon manatı xarici valyuta ilədir.
Kreditlərin hamısı özəl müəssisələrin payına düşür, dövlət müəssisələrinə bu sektorda kredit qeydə alınmayıb. Statistikaya yalnız hüquqi şəxslər daxildir, vətəndaşların götürdüyü ipoteka kreditləri bu rəqəmlərə aid deyil.
Müqayisə üçün, sentyabrın sonunda sənaye və istehsal sektoruna kredit qoyuluşları 1 milyard 649 milyon manat olub. Bu, avqustla müqayisədə 11,6 milyon manat və ya 0,7 faiz azdır. Həmin sektorda dövlət müəssisələrinin kredit borcu bir ayda 146,3 milyon manatdan 130,3 milyon manata düşüb, özəl müəssisələrinki isə 1 milyard 518,7 milyon manata qalxıb.


