Şuşaya 2020-ci ildən bəri 2,9 milyard manat investisiya qoyulub, rayonda bu il 25 milyon manatlıq sənaye məhsulu istehsal edilib
Arxiv foto (Şuşa, 2022): Aykhan Zayedzadeh, CC BY 4.0, Wikimedia CommonsDövlət Statistika Komitəsinin məlumatına görə, Şuşa rayonunun əsas kapitalına indiyədək 2 milyard 934 milyon 975,7 min manat investisiya qoyulub. Hesablama rayonun 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçdiyi vaxtdan aparılır. Rəqəmlər həmin hadisənin altıncı ildönümündə açıqlanıb.
Bu ilin yanvar-sentyabrında rayonun əsas kapitalına 227 milyon 208,7 min manat yönəldilib. Eyni dövrdə ölkə üzrə əsas kapitala qoyulan investisiyalar 10,9% artaraq 14,69 milyard manata çatıb. Beləliklə, Şuşanın payı təxminən 1,5% təşkil edir.
Komitə bu ilin əvvəlindən rayonda 25 milyon 185,5 min manatlıq sənaye məhsulu və xidməti istehsal olunduğunu bildirir. Kənd təsərrüfatının ümumi məhsulu isə 7 milyon 918,3 min manat dəyərində olub: bunun 3 milyon 18,5 min manatı bitkiçiliyin, 4 milyon 899,8 min manatı heyvandarlığın payına düşür.
Bu rəqəmlərə görə, bu il rayona qoyulan investisiya orada istehsal edilən sənaye və kənd təsərrüfatı məhsullarının ümumi dəyərindən təxminən 7 dəfə çoxdur. Şuşanın ələ keçirilməsi 2020-ci il müharibəsinin dönüş nöqtəsi sayılır, noyabrın 8-i Azərbaycanda “Zəfər Günü” kimi qeyd olunur.


