Bakıda süni intellektlə tələbələrin saxta şəkillərini yayıb pul tələb etməkdə ittiham olunan gənc həbs edilib
Nərimanov Rayon Məhkəməsi, arxiv foto: Prezidentin Mətbuat Xidməti, CC BY 4.0, Wikimedia CommonsBakının Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova süni intellekt proqramları ilə tələbələrin foto və videolarını montaj edib sosial şəbəkələrdə yaymaqda və onlardan pul tələb etməkdə ittiham olunan İlkin Nəhmədov barəsində 4 aylıq həbs qərarı seçib.
Nəhmədovu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməliyyat zamanı saxlayıb. İstintaq ona Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) ilə ittiham irəli sürüb. Bu maddə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Məhkəmə iclasında Nəhmədov ittihamı qəbul edib. O, süni intellektlə hazırladığı şəkilləri silmək müqabilində tələbələrdən 20, 25 və 30 manat istədiyini deyib. Onun əvvəllər də məhkum olunduğu bildirilir.


