Son dəqiqə:

Əfv sərəncamı nə vaxt veriləcək?

16-03-2016 15:06 / Bu xəbər 121 dəfə oxundu
"Novruz bayram ilə əlaqədar bu gün və ya sabah əfv sərəncamı imzalana bilər".

Qaynar.info xəbər verir ki, bunu açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

"Sərəncam bu gün də imzalana bilər, sabah da. Konkret sərəncamın nə vaxt imzalanacağı prezidentin İlham Əliyevin müstəsna səlahiyyətindədir", - deyə Ə.Nuriyev vurğulayıb.

Komissiyanın digər üzvü Rəşad Məcid isə əfv siyahısının prezidentə təqdim olunduğunu qeyd edib: "Biz siyahını hazırlayıb, prezidentə təqdim etmişik. Ancaq sərəncamın nə zaman imzalanacağından xəbərsizəm".

Qeyd edək ki, dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var.

Arqument.Az

Bölmələr:




Digər xəbərlər