Son dəqiqə:

Səbinə Əliyeva daha 7 il müddətinə ombudsman seçilib

Arxiv foto: Səbinə Əliyeva. Foto: Nobelll, CC BY-SA 4.0, Wikimedia Commons
03-11-2026 12:11

Milli Məclis noyabrın 3-də Səbinə Əliyevanı yenidən İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) seçib. O, 2019-cu ilin noyabrından bu vəzifədədir.

Vəzifəyə üç namizəd irəli sürülüb: Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayev. Əliyeva səsvermədən sonra parlamentdə and içib, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyini deyib, Prezident İlham Əliyevə, Milli Məclisin sədrinə və deputatlara təşəkkür edib.

Əliyeva ombudsman seçilməzdən əvvəl Konstitusiya Məhkəməsində işləyib, 2015-ci ildə Məhkəmə Aparatı rəhbərinin müavini olub.

Seçki "Amnesty International" insan haqları təşkilatının həbsdəki Meydan TV jurnalistlərinin səhhətinin ağırlaşdığını dediyi günlərə təsadüf edir.

Digər xəbərlər