Son dəqiqə:İranın yüksək rütbəli generalı Hörmüz üzərində suverenliyin tanınmasını tələb edir, SEPAH daha üç tankerin minaya düşdüyünü deyir - 03-11-2026

İran silahlı qüvvələrinin sözçüsü: ABŞ-yə cavab Qərbi Asiya ilə məhdudlaşmayacaq

Arxiv foto: İranda ordu günü paradı. Foto: Foad Ashtari, CC BY 4.0, Wikimedia Commons
03-11-2026 11:52

İran silahlı qüvvələrinin sözçüsü, briqada generalı Məhəmməd Əkraminiya deyib ki, ABŞ-nin istənilən yeni hücumu əvvəlkindən daha sərt və geniş cavabla qarşılaşacaq. Bu sözləri İranın "Mehr" agentliyi yayıb.

General deyib ki, yeni müharibə alovlansa, "münaqişənin coğrafiyası Qərbi Asiya regionu ilə məhdudlaşmayacaq". Onun sözlərinə görə, İran silahlı qüvvələri hədəf siyahısını yeniləyir.

Əkraminiya həmçinin iddia edib ki, İranın rəqibləri Şimali İraqın kürd muxtariyyətində yerləşən hökumət əleyhinə qruplara dəstək verməklə ölkənin qərb sərhədi boyunca quru cəbhəsi yaratmağa çalışıb, İran bölmələrinin "qabaqlayıcı əməliyyatları" isə bu planı pozub.

Bəyanat ABŞ-nin İranın Qeşm adasına zərbə endirdiyi xəbərlərinin yayıldığı gün səslənib. ABŞ rəsmiləri zərbəni "müdafiə" adlandırır. Tehran isə Qətər və Pakistan vasitəçiliyi ilə ABŞ-la danışıqlar getdiyini deyir.

Digər xəbərlər