Son dəqiqə:

Mərkəzi Bankın valyuta ehtiyatları bir ildə 4 milyard dollar artaraq 15,4 milyard dollara çatıb

Arxiv foto: Mərkəzi Bankın binası, Bakı. Foto: Liilia Moroz, CC BY-SA 4.0, Wikimedia Commons
03-11-2026 11:53

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları noyabrın 1-nə 15,43 milyard dollar olub. Bu, bir ay əvvəlkindən 67 milyon dollar, bir il əvvəlkindən isə 4,06 milyard dollar və ya 35,7 faiz çoxdur. 2025-ci il noyabrın 1-də ehtiyatlar 11,36 milyard dollar idi.

Mərkəzi Bankın məlumatına görə, pul bazası noyabrın 1-nə 25,15 milyard manata çatıb. Oktyabrda o, 328 milyon manat və ya 1,32 faiz artıb. Bir il əvvəl bu rəqəm 21,4 milyard manat idi.

Pul bazası dövriyyədəki nağd pulu və bankların Mərkəzi Bankdakı vəsaitlərini əhatə edir, onun sürətli artımı qiymətlərə təzyiq yarada bilən amillərdən sayılır.

Digər xəbərlər