Son dəqiqə:Müsəddiqdən əvvəlki və sonrakı İran - 03-11-2026

"Qarabağ" futbolçusunun formasındakı adda Azərbaycan əlifbasında olmayan hərf işlətdiyinə görə cərimələnib

Arxiv foto: “Qarabağ” 2023-cü ildə. Foto: Aykhan Zayedzadeh, CC BY 4.0, Wikimedia Commons
03-11-2026 12:53

Peşəkar Futbol Liqasının məlumatına görə, "Qarabağ" Zakaria Savonun formasında adının yazılışına görə 1500 manat cərimə edilib. Bu, "Qəbələ" ilə oyunda qeydə alınıb.

Klub eyni oyundan sonra azarkeşlərinin pirotexnika işlətməsinə görə daha 3000 manat cərimələnib, bununla da turun ən çox cəzalanan klubu olub.

"Turan Tovuz" və "Şamaxı" meydançaya kənar şəxslərin daxil olmasına görə 2500 manat, "Qəbələ" isə "Zona 1″də kənar şəxslərə görə 1000 manat cərimələnib. "Sabah" və "Şəfa" beş futbolçunun sarı vərəqəsinə görə 700 manat, "Neftçi" isə fotoqrafının yarış qaydalarını pozmasına görə 500 manat cərimələnib.

Digər xəbərlər