Son dəqiqə:

Daha bir baş redaktor Baş Prokurorluğa çağırıldı

28-01-2016 19:44 / Bu xəbər 167 dəfə oxundu
Daha bir baş redaktor Baş Prokurorluğa çağırılıb. 

Arqument.Az xəbər verir ki, Jam.az saytının baş redaktoru Fikrət Fəraməzoğlu bu gün prokurorluğa dəvət edilib.

Fikrət Fəraməzoğlu Baş Prokurorluqdan rəsmi məktub gəlmədiyini, şifahi şəkildə dəvət olunduğunu bildirib: "Mən saat 11.00-da şəxsi problemlərimlə əlaqədar prokurorluqda ola bilməyəcəyimi dedim. Bu barədə Eldar Sultanovla telefonla danışmışam. Nə zaman çağıracaqlarsa, gedib aydınlaşdırmağa çalışacağıq məsələni". 

Fikrət Fəraməzoğlu hesab edir k, prokurorluğa çağırılmasının səbəbi rayonlarda keçirilmiş aksiyaların yayımlanması ilə bağlıdır. 

Arqument.Az

Bölmələr:


Digər xəbərlər