Böyük Britaniya səfiri şəhidlərin xatirəsini yad edib

Anım Günündə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Old "X" sosial şəbəkəsində şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq post paylaşıb.
"27 Sentyabr Anım Günündə müharibədə həyatını itirənləri hörmətlə anırıq. Regiona tezliklə sülh və əmin-amanlığın gəlməsini diləyirik", - deyə səfir yazıb.


