Azərbaycan Vatikanda səfirlik açır

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Sərəncam imzalayıb.
Bu barədə noyabrın 22-də Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi isə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq edəcək.

