Azay Quliyevlə bağlı yayılan xəbər təkzib olundu
Mediada "Azay Quliyevin qeydiyyat monopoliyasi" başlığı ilə yayılan xəbər təkzib olunub.
Xeber.info-nun yanvarın 29-da yaydığı xəbərlə bağlı verdiyi təkzib materialında bildirilir: "29 yanvar 2016-cı il tarixdə Xeber.İnfo-da yayımlanan "Azay Quliyevin qeydiyyat momopoliyasi" başlıqlı yazıda göstərilən faktlar həqiqəti əks etdirmədiyi üçün Xeber.info həmin məlumatı təkzib edir".
Qeyd edək ki, bu xəbər Xeber.info-ya istinadən Arqument.az saytında da gün ərzində yenilənərək qarşı tərəfin rəsmi mövqeyi ilə dərc olunub. Məlumat təsdiqini tapmadığından və təkzib olunduqdan sonra saytdan götürülüb. Mətbuat Şurasının çıxardığı qərarda isə təəssüf ki, yazının arqument.az saytında istinadən verildiyi qeyd olunmayıb. Şuradan bunun texniki yanlışılıq olduğu bildirilib. Xəbər təkzib olunuduğu üçün həmin təkzibi də dərc etməyi məqsədəuyğun hesab edirik.
Arqument.Az