Bakıda daha bir vəkil barəsində həbs qərarı seçildiyi bildirilir
İllüstrativ foto: DP Singh Bhullar, CC BY-SA 4.0, Wikimedia CommonsVəkil Elçin Əmirov barəsində məhkəmə 3 aylıq həbs qərarı seçib. Bu barədə “Qafqazinfo” saytı əldə etdiyi məlumata istinadən yazıb.
Sayta görə, 9 saylı vəkil bürosunda fəaliyyət göstərən Əmirov polisə daxil olan vətəndaş şikayəti əsasında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar törədilən dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.
Bundan iki gün əvvəl, noyabrın 14-də, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili Raman Abışov barəsində də 4 aylıq həbs qərarı seçilmişdi. Abışov da hədə-qorxu ilə tələb etməkdə ittiham olunur. İki iş arasında əlaqə olduğu bildirilməyib.
Hər iki vəkil barəsində hökm çıxarılmayıb, ittihamlar istintaq orqanlarına aiddir.


