Moskvadan Bakıya 14 günlük kruiz səfəri planlaşdırılır
Foto: Alexxx1979, CC BY-SA 4.0, Wikimedia CommonsMoskva ilə Bakı arasında lüks kruiz gəmisinin işə salınması planlaşdırılır.
Bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov "Zvezda" telekanalına müsahibəsində deyib.
Hakimovun sözlərinə görə, gediş-gəliş səfəri təxminən 14 gün çəkəcək, hər istiqamətə bir həftəyə yaxın vaxt ayrılacaq.
Ticarət nümayəndəsi bildirib ki, layihə üçün bir gəmi artıq hazırdır, daha iki gəminin yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir. Layihəyə Rusiya dövləti, o cümlədən Sənaye və Ticarət Nazirliyi dəstək verir.
Səfərlərin nə vaxt başlayacağı və biletlərin qiyməti hələ açıqlanmayıb.


