Son dəqiqə:SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşərək partladığını deyir - 02-11-2026

Bakı-Tbilisi qatarı gündə 4 reys edəcək, bilet 36 manatdan başlayır

Foto: Plutowiki, CC0, Wikimedia Commons
31-10-2026 13:21

Azərbaycan Dəmir Yolları noyabrın 1-dən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündə 4 reys həyata keçirəcək. Bununla qatarda sərnişin yerlərinin sayı 386-dan 564-ə, yəni təxminən 50 faiz artır.

Azərbaycan Dəmir Yolları bildirir ki, əlavə reyslərdə standart sinif (keçmiş plaskart vaqonlar) biletləri 36 manatdan başlayır və komfort sinifdən təxminən 30 faiz ucuzdur.

Yeni qiymətlərlə Bakıdan Tbilisiyə ən ucuz bilet 54 manat, Yevlaxdan 44, Gəncədən 41, Ağstafadan 38, Böyük Kəsikdən isə 36 manat olacaq. Müqayisə üçün, "Stadler" vaqonlarında komfort sinifdə Bakıdan bilet 77,50, Gəncədən 56,80 manatdır.

Mövcud gecə qatarı Bakıdan saat 23:10-da yola düşüb səhər 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə 11:00-da yola düşüb 20:26-da Bakıya gələcək.

Yeni gündüz reysi Bakıdan hər gün saat 09:10-da yola düşəcək və 19:11-də Tbilisiyə çatacaq. Əks istiqamətdə qatar 22:00-da hərəkət edib səhər 07:57-də Bakıda olacaq.

Digər xəbərlər