Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata qaldırılması planlaşdırılır
2027-ci il dövlət büdcəsinin Milli Məclisin komitəsində müzakirə olunan layihəsinə görə, uşağın doğulmasına görə verilən birdəfəlik müavinət 600 manatdan 1500 manata qaldırılacaq. Layihə hələ parlamentdə qəbul edilməyib.
Üç yaşınadək uşağa qulluğa görə aylıq müavinətin 37,58 manatdan 100 manata çatdırılması nəzərdə tutulur.
Pensiyaçıların dəfninə görə verilən müavinətin orta məbləği 946 manatdan 1200 manata, sığortalı şəxslər üçün isə 590 manatdan 700 manata qalxacaq.
Hamiləliyə və doğuma görə müavinətin hesablanmasında bir iş gününə düşən orta qazanc da artırılır: bu il 46,54 manat olan məbləğ gələn il 50,57 manat götürülür. Bir nəfərə düşən günlərin orta sayı 78 nəzərdə tutulur.

