Son dəqiqə:

Rusiya bir gecədə Ukraynanın 709 dronunu vurduğunu deyir, ilhaq etdiyi Krımda və Sevastopolda işıq məhdudlaşdırılıb

Arxiv foto, Sevastopol: A.Savin, CC BY-SA 3.0, Wikimedia Commons
04-11-2026 11:12

Rusiya Müdafiə Nazirliyi noyabrın 4-nə keçən gecə Ukraynanın 709 pilotsuz təyyarəsini vurduğunu açıqlayıb. Nazirliyin sözlərinə görə, dronlar Moskva ətrafı da daxil olmaqla Rusiyanın vilayətləri, Krım, Qara və Azov dənizləri üzərində vurulub.

Rusiyanın ilhaq etdiyi Krımda enerji sistemi böyük məhdudiyyətlərlə işləyir. Krım rəhbərinin müşaviri Oleq Kryuçkov işığın verilmə qrafiklərinin qüvvədə olmadığını yazıb. Rusiyanın təyin etdiyi Sevastopol qubernatoru Mixail Razvojayev bildirir ki, şəhərdən kənardakı enerji obyektləri zədələnib, işıq yalnız sosial əhəmiyyətli obyektlərə verilir. Kryuçkov məhdudiyyəti yarımadadan kənardakı qəza ilə izah edir.

"Ozon" şirkəti Adıgeysk şəhərindəki logistika mərkəzinə Ukrayna dronlarının hücum etdiyini, anbarda yanğın başladığını, işçilərin təxliyə olunduğunu və ilkin məlumata görə xəsarət alan olmadığını açıqlayıb. Şirkət üçüncü rüb hesabatında anbarlarına avqustdan bəri edilən hücumlardan ziyanı 30,1 milyard rubl qiymətləndirib.

Bir gün əvvəl isə Rusiyanın Ukrayna enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb.

Digər xəbərlər