Son dəqiqə:

Gələn il büdcəyə dividend ödəyən dövlət şirkətlərinin sayı 2-dən 52-yə çatır, "Azərsilah" və AZAL ilk dəfə ödəyəcək

Foto: kitmasterbloke, CC BY 2.0, Wikimedia Commons
04-11-2026 10:57

2027-ci il dövlət büdcəsinin zərfinə görə, gələn il 52 dövlət müəssisəsi büdcəyə dividend ödəməlidir. 2026-cı ildə belə müəssisələrin sayı 2 olub. Ümumi daxilolmanın 872 milyon manat olacağı gözlənilir, bu, builkindən 45,3% çoxdur.

İlk dəfə dividend ödəyəcək şirkətlərdən 263 milyon manat gözlənilir. Bunun 71,3 milyon manatı "Azərsilah" Müdafiə Sənayesi Holdinqinin, 48,8 milyon manatı "Azərbaycan Hava Yolları"nın, 39 milyon manatı "Azərgold"un, 36,5 milyon manatı "Azərenerji"nin, 21,3 milyon manatı "Azərtelekom"un payına düşür.

Siyahıda "Azərbaycan Biznesinin İnkişafı Fondu" (7,9 milyon), Dövlət Reklam Agentliyi (4 milyon), "Azəralüminium" (3,1 milyon), Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (2,4 milyon) və "Azərişıq" (2,3 milyon) da var.

AZAL eyni zamanda büdcədən vəsait alan şirkətdir. Sənədə görə, gələn il Naxçıvan reysləri və İkinci Dünya müharibəsi əlillərinin güzəştli gedişi üzrə zərərin ödənilməsinə ayrılan vəsait bu ilkindən 1,2 milyon manat və ya 19,5% çox olacaq.

Digər xəbərlər