ABŞ Senatına seçilən ilk müsəlman kampaniyada Azərbaycana hərbi yardımı pisləyib, erməni lobbisi onu dəstəkləyib
Arxiv foto: U.S. Senate Committee on Health, Education, Labor and Pensions, Public domain, Wikimedia CommonsNoyabrın 3-də Miçiqanda Respublikaçı Mayk Rocersi məğlub edərək ABŞ-nin ilk müsəlman senatoru olan Demokrat Əbdül Əl-Seyid seçki kampaniyasında Amerika Erməni Milli Komitəsinin (ANCA) dəstəyini alıb. ANCA ABŞ-də erməni lobbi təşkilatıdır.
News.am saytı ANCA-nın oktyabrın 1-də yaydığı bəyanata istinadən yazır ki, Əl-Seyid Tramp administrasiyasının Azərbaycana şərtsiz hərbi yardımını pisləyib və bunu beynəlxalq hüququn pozulması adlandırıb. Bəyanata görə, o, senator kimi sülh, təhlükəsizlik və ermənilərin öz müqəddəratını təyinetmə hüququ üçün çalışacağını vəd edib.
ANCA-nın məlumatına görə, Miçiqanda ABŞ-nin ən köhnə və böyük erməni icmalarından biri yaşayır. Əl-Seyid Senatda vəzifəsini tərk edən Demokrat senator Qari Pitersi əvəz edəcək.
ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi "Azadlığı Dəstəkləmə Aktı"nın 907-ci maddəsi Azərbaycana dövlət yardımını məhdudlaşdırır. Tramp 2025-ci ilin avqustunda Vaşinqtonda Əliyev və Paşinyanla görüşündən sonra bu maddənin tətbiqini dayandırmışdı.

