Son dəqiqə:

Fikrət Fərəməzoğlu Apellyasiya şikayətindən imtina etdi - YENİLƏNİB

08-07-2016 16:12 / Bu xəbər 223 dəfə oxundu
Fikrət Fərəməzoğlu həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətindən imtina edib. 
 
Bu barədə Arqument.Az-a vəkil Nemət Kərimli məlumat verib. 
 
Onun sözlərinə görə, hakim Həsən Əhmədovun köməkçisi bildirib ki, Fikrət Fərəməzoğlu apellyasiya şikayətindən və vəkildən imtina etdiyi üçün məhkəmə keçirilməyəcək.
 
***
Bu gün Fikrət Fərəməzoğlunun apellyasiya şikayəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsində məhkəmə prosesi keçiriləcək. 

Bu barədə Arqument.Az-a vəkil Nemət Kərimli məlumat verib.

Onun sözlərinə görə, Fikrət Fərəməzoğlu vəkildən imtina etsə də, hakim Nemət Kərimliyə bildirib ki, apellyasiya şikayətini verdiyi üçün məhkəmədə iştirak etməlidir.

Qeyd edək ki, Fikrət Fərəməzoğlu hələ də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır. 

Əlavə məlumat veriləcək. 
 
Arqument.Az


Bölmələr:




    Digər xəbərlər