Son dəqiqə:Kiyev yaxınlığında hərbçilərin saxlandığı evin qarşısında toqquşma olub, Ukrayna prezident ofisinin rəhbəri yerə gəlib - 03-11-2026

Baş redaktorun avtomobilini yandırdılar – Bakıda

09-07-2016 12:41 / Bu xəbər 118 dəfə oxundu
"Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin avtomobili yandırılıb.

Arqument.Az xəbər verir ki, bu barədə jurnalist "Turan”a məlumat verib.

Onun sözlərinə görə, "Hunday Accord” markal avtomobil yarasız hala düşüb:

"Bu gecə partlayışa ayılmışam, görmüşəm ki, maşınım yanır. 

İstintaq sirridir deyə, açıb-deyə bilmirəm. Bu il martın 14-də gecə evim yandırlanda olan dəst-xəttdir. 

Sadəcə istintaq bir az uzandı deyə, arxayın düşüblər”.

A.Mərzili hüquq-müafizə orqanlarına xəbər etdiyini deyib.

Xatırladaq ki, bu il martın 14-də naməlum şəxslər A.Mərzilinin Xətai rayon prokuroluğu yanında evini yandırmağa cəhd ediblər. 

Amma yanğını tez söndürmək mümkün olub. 

Bununla bağlı jurnalist hüquq-müafizə orqanlarına şikayət edib, faktla bağlı cinayət işi başlanıb.

Arqument.Az

Bölmələr:




Digər xəbərlər