Ərdoğan Trampa Rusiya ilə Ukrayna danışıqları üçün yenidən İstanbulu təklif edib, İrana yeni zərbələr istəmədiyini deyib
Arxiv foto: White House, Public domain, Wikimedia CommonsTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığında Ankaranın Rusiya-Ukrayna müharibəsi üzrə danışıqlarda vasitəçilik etməyə hazır olduğunu deyib. “Türkiyə İstanbulu yenidən danışıqlar mərkəzi kimi təklif etməyə və humanitar diplomatiyanın bütün vasitələrini işə salmağa hazırdır”, - deyə o bildirib.
Ərdoğan Ankaranın Rusiya ilə Ukrayna arasındakı müharibənin tam dayandırılması üçün “intensiv səy” göstərdiyini və Trampın nizamlanma siyasətini tam dəstəklədiyini də deyib. Rusiya və Ukrayna nümayəndələri 2025-ci ildə İstanbulda birbaşa danışıqlar aparmışdı, növbəti görüş isə noyabrın 10-11-də Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə keçiriləcək.
İran məsələsində Türkiyə Prezidenti ABŞ ilə İran arasındakı münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini bildirib. “Biz İrana yeni zərbələr və regionun daha da sabitliyini itirməsini istəmirik”, - deyə Ərdoğan vurğulayıb.
Tramp bir gün əvvəl İrana zərbələrin bərpasının az ehtimal olduğunu demiş, eyni zamanda İranın 38 körpüsünü bir saat ərzində dağıda biləcəklərini bildirmişdi. İran rəsmisi isə ABŞ-nin bazar günü axşam Qeşm adasına yeni zərbə endirdiyini deyib.


