“Bloomberg”: Avropada Patriot raketlərinin ehtiyatı minimuma enib, Rusiyaya qarşı döyüşən Ukraynaya çatdırılma çətinləşib

İllüstrativ foto: Mark Holloway, CC BY 2.0, Wikimedia Commons
09-11-2026 15:26

Avropa ölkələrinin ordularında Patriot zenit-raket kompleksləri üçün raketlərin ciddi çatışmazlığı yaranıb və bu, Rusiya ilə müharibə aparan Ukraynaya silah çatdırılmasına təsir edir.

“Bloomberg” agentliyi mənbələrə istinadla yazır ki, “Raytheon” və “Lockheed Martin” şirkətlərinin istehsal etdiyi PAC-2 və PAC-3 raketlərinin Avropa ehtiyatı minimum səviyyədədir. Agentliyin məlumatına görə, hərbçilər ABŞ şirkətlərindən əvəzinin veriləcəyinə dəqiq zəmanət almadan raketləri Ukraynaya verməkdən çox vaxt imtina edir.

Agentlik xatırladır ki, dünyada bu raketlərin çatışmazlığı ABŞ-nin 2026-cı il fevralın 28-də İrana hücumundan sonra yaranıb. ABŞ Ukraynaya bu raketlərin istehsalı üçün lisenziya verməyib, Avropanın iri istehsalçılarının fevralda elan etdiyi ucuz hava hücumundan müdafiə vasitələri planları da hələlik nəticə verməyib.

“Bloomberg”in yazdığına görə, Ukrayna 2027-2028-ci illərdə Almaniyada istehsal olunacaq 600 PAC-2 raketi almalıdır.

Digər xəbərlər