Azərbaycanda Aİ-95 benzininin istehsalı doqquz ayda 65,6 faiz azalıb

İllüstrativ foto: Bakı neft emalı zavodu. Interfase, CC BY-SA 4.0, Wikimedia Commons
09-11-2026 13:53

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 4,06 min ton Aİ-95 markalı benzin istehsal edilib. Ötən ilin eyni dövründə bu rəqəm 11,8 min ton olub, yəni azalma 7,74 min tondur.

Doqquz ayda göndərilən Aİ-95 benzini 5,52 min ton olub, dövrün sonuna 0,54 min ton qalıb.

Ölkədə benzin istehsalının əsasını Aİ-92 təşkil edir: yanvar-sentyabrda 1 milyon 64,47 min ton istehsal olunub, bu, ötən ilin eyni dövründəkindən 0,3 faiz azdır. Həmin aylarda 1 milyon 88,75 min ton Aİ-92 göndərilib.

Dizel yanacağının istehsalı da 3,4 faiz azalaraq 1 milyon 861,91 min tondan 1 milyon 799,01 min tona düşüb.

Qaz kondensatı hasilatı isə 10 faiz, yəni 370,23 min ton azalıb və doqquz ayda 3 milyon 343,83 min ton olub. Energetika Nazirliyinin məlumatına görə, bu dövrdə ölkədə 37,9 milyard kubmetr qaz hasil edilib: 20,6 milyard kubmetri “Şahdəniz”in, 10,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 1,2 milyard kubmetri “Abşeron”un, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Digər xəbərlər