“Vedomosti”: Kreml hakim partiyanın deputatlarını Ukraynadakı müharibədə “qələbə”yə hazırlaşmağa çağırıb
Arxiv foto: Sergey Kiriyenko, Alexey Nikolsky / Premier.gov.ru, CC BY 4.0, Wikimedia CommonsRusiya prezidenti Vladimir Putinin administrasiyasının nümayəndələri hakim “Vahid Rusiya” partiyasının Dövlət Dumasındakı deputatları qarşısında çıxış edərək onları Ukraynadakı müharibənin başa çatmasına hazırlaşmağa çağırıblar.
Rusiyanın “Vedomosti” qəzeti mənbələrə istinadən yazır ki, bu, noyabrın 13-14-də Moskva vilayətindəki “Senej” idarəetmə mərkəzində keçirilən seminarda deyilib. Mənbələrdən birinin sözlərinə görə, deputatlara “xüsusi əməliyyat”ın iştirakçıları bir anda geri qayıdanda “qələbə”yə hazır olmağın vacib olduğu deyilib. Deputatların buna necə hazırlaşmalı olduğu açıqlanmayıb.
Qəzetin mənbələrinə görə, seminarda Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko da iştirak edib və müharibə iştirakçıları ilə işləməyin vacibliyini xüsusi vurğulayıb.
Bundan əvvəl, noyabrın 10-11-də Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqlar keçirilib. Tərəflər danışıqların təfərrüatını açıqlamayıb, lakin mediaya görə, Rusiya NATO-nun 1997-ci il sərhədlərinə qayıtması və Moldovanın federativ respublikaya çevrilməsi kimi maksimalist tələblər irəli sürüb.
Putin, ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin noyabrın 19-da Çinin Şençjen şəhərində görüşəcəklər.


