Kreml: Avropanın Ukrayna danışıqları üçün seçdiyi nümayəndələr hələ Moskva ilə əlaqə saxlamayıb

Dmitri Peskov. Foto: Presidential Executive Office of Russia, CC BY 4.0, Wikimedia Commons
15-11-2026 08:11

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Avropa ölkələrinin təyin etdiyi nümayəndələr indiyədək Moskva ilə heç bir təmas qurmayıb. Peskov bunu Rusiyanın dövlət agentliyi TASS-ın sualına cavabında deyib.

“France-Presse” agentliyinin məlumatına görə, Avropa İttifaqı liderləri Dublində keçirilən sammitdə Rusiya ilə ekspert səviyyəsində danışıqlarda iştirak edəcək heyətin tərkibini razılaşdırıblar. Heyətə Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya və Polşanın, həmçinin Aİ üzvü olmayan Böyük Britaniyanın təmsilçiləri daxildir.

Avropanın danışıqlara qoşulması ABŞ-nin təşəbbüsü ilə gündəmə gəlib. Tramp administrasiyasının elçisi Cared Kuşner şənbə günü yazmışdı ki, o və Stiven Uitkoff Ukrayna ilə bağlı sülh danışıqlarında Moskva ilə Avropa arasında birbaşa təmas yaratmağa çalışırlar. Kuşner və Uitkoff bu həftə Moskvada Putinlə, Dublində isə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüblər.

Tramp noyabrın 19-da Çində Putin və Çin lideri Si Cinpinlə üçtərəfli görüş keçirməyə hazırlaşır.

Digər xəbərlər