Lerikdə qar yağır - FOTOLAR

Aprelin 7-dən Lerik rayonunda qar yağır.
Rayondan Arqument.Az-a verilən məlumata görə, rayon mərkəzində qarın hündürlüyü 10-15 sm, ucqar dağlıq ərazilərdə 20 sm-dən artıqdır.
Məlumatda bildirilir ki, qar davamlı yağsa da, əriyir, ona görə də nəqliyyatın hərəkətində hər hansı bir problem yaratmayıb.
"Elektrik enerjisinin veriməsində də hələ ki problem yoxdur", - sakinlər bildiriblər.
Sakinlər bildiriblər ki, digər cənub rayonlarında - Yardımlı və Astaranın dağətəyi ərazilərində də qar yağıb.
