Son dəqiqə:

İlham Əliyev Paşinyanı müdafiə etdi

18-12-2020 17:38
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan ordusunun Nikol Paşinyan tərəfindən deyil, Koçaryanın və Sarkisyanın simasında bu ölkənin keçmiş rəhbərlikləri tərəfindən yaradıldığını deyib. 

Bu barədə İlham Əliyev dekabrın 18-də Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatındakı sammitində danışıb. 

Prezident Ermənistanın keçmiş prezidentlərinə müraciət edərək, onları "hazırkı vəziyyətdən Paşinyana qarşı və özlərinin siyasi məqsədləri üçün sui-istifadə etməməyə" çağırıb. 

Dağlıq Qarabağdakı hazırkı vəziyyətlə bağlı açıqlamasında isə o deyib ki, münaqişə barədə artıq ancaq keçmiş zamanda danışmaq lazımdır. İlham Əliyevin sözlərinə görə, Qarabağda atəşkəsə əməl olunur və o, hər gün "daha da möhkəmlənir".(toplum.tv)


Digər xəbərlər