Son dəqiqə:

Gəncədə vergi idarəsində korrupsiya əməliyyatı keçirildiyi, müfəttişin saxlanıldığı deyilir

İllüstrativ foto: Gəncənin ümumi görünüşü. Foto: Ilkin M-zade, CC BY-SA 4.0, Wikimedia Commons
02-11-2026 21:27

Dövlət Vergi Xidmətinin Gəncədəki 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. Deyilənə görə, əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb, idarənin Rüfət adlı vergi müfəttişi saxlanılıb.

"Bakupost" saytı xəbər verir ki, əməliyyat zamanı müfəttiş saxlanılıb. "Qafqazinfo" saytı isə əldə etdiyi məlumata əsasən onun barəsində həbs qərarı seçildiyini yazır.

Əməliyyatın hansı faktlarla bağlı keçirildiyi və saxlanılan şəxsin nədə şübhəli bilindiyi hələlik məlum deyil.

"Qafqazinfo" qeyd edir ki, idarənin rəisi Şahin Eyyubov uzun illər Prezidentin Təhlükəsizlik Xidmətinə rəhbərlik edən Bəylər Eyyubovun qardaşı oğludur.

Digər xəbərlər