Son dəqiqə:

Bakı Dövlət Universitetinin mühafizə xidmətinin rəisi işdən çıxarıldı

17-12-2015 03:22 / Bu xəbər 320 dəfə oxundu
Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin mühafizə xidmətinin rəisi Mahir Höcətovla bağlı müxtəlif məlumatlar yayılıb.

Məsələni dəqiqləşdirmək üçün Modern.az saytının əməkdaşı Bakı Dövlət Universiteinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat Xidmətindən saytımıza bildirilib ki, bu gün məsələ rektorluqda ciddi müzakirə olunub.

"Müzakirə əsnasında Mahir Höcətov tutduğu vəzifədən azad olunması xahişi ilə müraciət edib. Onun müraciəti təmin olunub".  
 
Arqument.Az

Bölmələr:




Digər xəbərlər